“Artemis 1” (“Artemida-1”) missiyası çərçivəsində Aya pilotsuz sınaq rejimində bu gün Aya uçmalı olan ABŞ-ın “SLS” super ağır daşıyıcı aparatının “Orion” kosmik gəmisi ilə buraxılışı təxirə salınıb.
Trend-in məlumatına görə, bu barədə “NASA” xəbər verib.
İlkin olaraq buraxılış avqustun 29-da keçirilməli idi, təkrar buraxılışın sentyabrın 3-də baş tutması planlaşdırılırdı. Bununla belə, “SLS” raketinin birinci pilləsinin yanacaqla doldurulması zamanı yenidən maye hidrogen sızması aşkar edilib.
Qeyd edək ki, “Artemida 1” sınaq missiyası çərçivəsində “Orion” kosmik gəmisi pilotsuz rejimdə Aya getməli və bir neçə həftə orbitdə qalmalıdır. Sonra gəmi Yerə qayıtmalı və Kaliforniya sahillərində Sakit Okeana enməlidir.