Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Azərbaycan Respublikasının prezidenti müzəffər ali baş komandan möhtərəm cənab İlham Əliyevə
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ildə keçrilən prezdent seçkilərində qədirbilən xalqımıza ünvanladığı müraciətində sizə özü qədər inandığını qeyd etmişdi. Keçən zaman və sizin çox şaxəli və uğurlu fəaliyyətiniz ümummilli liderin necədə uzaqgörən olduğunu bir daha dünyaya sübut etdi. Günü-gündən çiçəklənən Azərbaycan iqtisadiyatından əldə olunan milyardlarla gəliri xalqın rifah halının yaxşılaşdırılması ilə güclü ordu quruculuğuna sərf etməniz Azərbaycan tarixinə qızıl həriflərlə yazılan yeni zəfər erasının başlanmasına gətirib çıxardı. Bu gün dünyanın ən müasir orduları müzəffər Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində göstərdiyi sücaəti öyrənir. Məhz sizin yaratmış olduğunuz yeni siyasi reallıqlar sayəsində Azərbaycan məzlum dövlətdən məzlumların güman və inam yeri olan qüdrətli bir dövlətə çevrildi.
Uzaq okiyaniyadan ta karib hövzəsinə qədər regonlarda əzilən məzlum xalqlar öz azadlıqlarına qovuşmaq üçün Bakının siyasi-diplomatik dəstəyinə güvənirlər.
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
İkinci Qarabağ savaşı və anti-terror tədbirləri nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq və qaydış proseslərinin həyata keçrildiyi, mənfur düşmənlərimizin və onların bədxah havadarlarının Azərbaycana qarşı min bir təxribata əl atdığı zamanda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan abidəsinin açlışında şəxsən iştirak etməniz biz Ələsgərsevərlərdə qürur və həyacan hissi yaratdı. Belə gərgin və mürəkgəb iş rejimində ölkə həyatının bütün sahələrində baş verən hadisə və prosesləri diqqət mərkəzində saxlamağınız böyük dövlət adamı Ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi və davamçısı olmanızı sübut edir. Hər dövlət başçısına xas olmayan bu qeyri-adi istedadınız və bacarığınız bir azərbaycalı kimi biz Ələsgərsevərləridə çox qürurlandırır.
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
Sizə göstərdiyiniz diqqətə və ehtirama görə bütün Ələsgərsevərlər adından öz təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, qədirbilən xalqımızın digər övladları kimi Ələsgərsevərlərdə sizin xalqımız və dövlətimiz qarşısında göstərmiş olduğunuz misilsiz xidmətlərinizi heç zaman unutmayacaq və müsəlləh əsgər kimi hər zaman müzəffər ali baş komandan olaraq sizin əmrinizdə olacaqdır!
Hörmətlə,
Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər”