Bu gün, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində aşıq sənətinin incəliklərinə yiyələnmək istəyən 8 (səkkiz) nəfər yeniyetmə və gənc üçün ustad dərslərinə start verildi.
Tədbir iştirakçılarını salamlayan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Mustafayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu layihənin icra olunması üçün verdiyi yüksək dəyərə və maliyyə dəstəyinə görə təşəkkür edərək bildirdi ki, əziz gənclər bizim sizinlə əməkdaşlığımız davamlı olacaqdır. Saz sənətinə maraq və istəyinizdən aslı olaraq biz sizləri digər təbirlərimizə də dəvət edəcəyik. Ona görə çalışım milli dəyərimiz olan saz sənətini dərindən öyrənin, sazın, sözün ustadına çevrilin. Bu peşə ilə davamlı məşğul olmanız üçün sizə saz hədiyyə edirik.
Sonra söz Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin rəhbəri, Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Sevil (Xıdırova) Ədalətə verildi və ilk ustad dərsi keçrildi.
Qeyd edək ki, iki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə saz sənəti haqqında zəruri biliklər veriləcək. Gənclərin bu peşə ilə davamlı məşğul olmaları üçün onlar saz hədiyyə olunması nəzərdə tutulurdu.