Bu gün Azərbaycan poeziyasının dəyərli nümayəndəsi Xalq Şairi Zəlimxan Yaqubun anım günü idi.
Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyinin kollektivi bu gün Fəxri xiyabanda ustad şairi yad etdilər. Aşıq Şəmşir Mədəniyyət ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov çıxışında bildirdi ki, Zəlimxan Yaqub Azərbaycan poeziyasına və ədəbiyyatına böyük töhvələr verib. O çıxışında bildirdi ki, Zəlimxan Yaqubun həyatının böyük hissəsi Ustad sənətkar Dədə Şəmşirin yanında keçib.Daha sonra ictimai birliyinin üzvləri Zəlimxan Yaqubun şeirlərini səsləndirdilər.