Azərbaycan boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda özbəkistanlı Eler Rustamova uduzub.
Bununla da Azərbaycan idmançılarının “Asiya uşaqları” Oyunlarında qazandığı medalların sayı 33-ə yüksəlib.