AŞPA Moldovada seçkiqabağı vəziyyəti dəyərləndirəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının Moldovada keçiriləcək parlament seçkiləri öncəsi vəziyyəti dəyərləndirmək üçün Kişineuya səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, dörd günlük səfər çərçivəsində AŞPA nümayəndə heyəti Moldovanın Prezidenti, Baş naziri, parlament sədri ilə görüşlər keçirəcək. Bundan başqa, onlar MSK üzvləri, KİV təmsilçiləri və beynəlxalq təşkilatların Moldovadakı nümayəndələri ilə görüşlər keçirərək ölkədəki siyasi və seçki mühitini dəyərləndirəcəklər.

Səfərdən sonra AŞPA Moldovada parlament seçkiləri öncəsi vəziyyətə dair hesabat yayacaq.

Qeyd edək ki, Moldovada parlament seçkiləri fevralın sonunda keçiriləcək.

ƏvvəlkiAzərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər
NövbətiHumanizm prinsiplərinə sadiqlik