Aşqabad Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli zirvə görüşünü qəbul etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu noyabrın 18-də Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü zamanı deyib.
O bildirib ki, zirvə görüşünə hazırlıq çərçivəsində üç ölkənin xarici işlər, nəqliyyat və energetika nazirlərinin ayrı-ayrı görüşləri keçirilir, eləcə də yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır.
Q.Berdiməhəmmədov həmçinin hazırlıq prosedurlarının tamamlanmaması üçün xarici işlər nazirlərinin görüşünün təşkil olunmasını təklif edib.