Astanada çoxmərtəbəli binada yanğın baş verib

Astanada “Xan Şatır” ticarət-əyləncə mərkəzinin yaxınlığında yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsinə çoxsaylı texnika və şəxsi heyət cəlb olunub.

Hadisə yerində operativ qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

Yanğın binanın 26-cı mərtəbəsində başlayıb.

FHN bildirib ki, hadisənin baş verməsinin səbəbi dəqiqləşdirilir.

ƏvvəlkiGürcüstanda 4,2 maqnitudalı zəlzələ olub
NövbətiPakistan genişmiqyaslı antiterror əməliyyatına başlayıb