Astara rayonunun 5 kəndində qazın verilişi dayandırılacaq.
“Report”un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Artupa istiqamətində 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.