ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında iştirak edəcək.

Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, nazirlərin toplantısı “Xalqlar naminə, dialoq və sabitlik üçün” şüarı altında keçiriləcək.

Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin – Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.

ƏvvəlkiAzərbaycan və Ermənistan XİN başçıları arasında görüş 3 saat yarımdan çox davam edib – YENİLƏNİB
NövbətiABŞ-ın hərbi bazasında baş verən atışmada 3 nəfər yaralanıb