Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş korrupsioner “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında bildirib.
H.Hacıyev qeyd edib ki, bu, Çikaqo Konvensiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarının açıq şəkildə pozulmasıdır.