Fevralın 27-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, iclasda “Eurosel” MMC və “Sveet TV Group AZ” MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb. Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.