Avqustun 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1677 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 320, ikinci doza vaksinlərin sayı 312, üç və daha çox doza vaksinlərin sayı 890, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 155-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 858 min 788, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 373 min 573, ikinci mərhələ üzrə 4 milyon 862 min 806, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 363 min 343, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 66-dır.