AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

“Report”un məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma “ay-ulduzlular”ın məğlubiyyəti ilə bitib – 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.

ƏvvəlkiPakistan genişmiqyaslı antiterror əməliyyatına başlayıb
NövbətiDağıstanda silahlı hücumlar nəticəsində 9 nəfər ölüb, yaralılar var