Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı ölkə daxilində davam edən etirazların yatırılması ilə əlaqədar, həmçinin Rusiyaya hərbi texnika tədarük etməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar hazırlayır.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasını ehtiva edir.

Dekabrın 12-də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə yeni sanksiyalar paketinin imzalanacağı gözlənilir.

Yeni sanksiyalar İranda etiraz aksiyalarının yatırılmasında iştirak etdiyinə görə 21 fiziki və hüquqi şəxsə şamil ediləcək, daha 10 nəfər Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq.

ƏvvəlkiPrezident daxili işlər nazirinin müavinini təltif edib
NövbətiSon sutkada Azərbaycanda 50 nəfər koronavirusa yoluxub