Avropa İttifaqı Malidə baş verənləri diqqətlə izləyir.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin adından yayılan bəyanatda qeyd olunub.
“Hərbi çevriliş, nə qədər dərin olmasına baxmayaraq, heç vaxt böhranın həlli deyil. Avropa İttifaqı Qərbi Afrikanın İqtisadi Birliyinə böhrandan çıxış yolu tapma səylərində tam dəstəyini ifadə edir”-deyə, o bildirib.
Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Üsyançılar artıq paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sisseni həbs edib.