Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib – ƏLAVƏ OLUNUB

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində “Brexit” üzrə razılıq əldə ediblər.

Bu barədə”Report” “Reuters”ə istinadən xəbər verir.

***

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın Aİ-dən çıxışı üzrə razılıq əldə olunduğunu təsdiqləyib.

“Bu, Aİ və Britaniya üçün ədalətli, balanslı razılaşmadır və həll yolu axtarışına sadiq qaldığımızı sübut edir”, – Yunker “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Aİ-yə bu sazişi sammitdə təsdiqləməyi tövsiyə edib.

Əvvəlki“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır
NövbətiHülusi Akar: “Terrorçular kimyəvi silahdan istifadə edib suçu Türkiyə ordusunun üstünə atmağa çalışacaqlar”