Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.
Dövlət Gömrük Xidməti sədrinin müavini Vladislav Suvorovun sözlərinə görə, Avropa Komissiyasının qərarı Aİ-nin yekun qiymətləndirmə missiyasının nəticələrinə əsaslanır.
Birgə tranzit sisteminin beynəlxalq tətbiqi bu il dekabrın 1-dən başlaya bilər.