“Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik”.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.
“Birincisi, Biz Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbi zabitlərin və digər şəxslərin siyahısını hazırladıq. Sizin kim olduğunuzu bilirik və siz törətdiklərinizə görə məsuliyyət daşıyacaqsınız.
İkincisi, biz Rusiyanın ən böyük bankı olan “Sberbank”ı və digər iki böyük bankı SWIFT-dən çıxarırıq.
Üçüncüsü, biz Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayımlayan üç böyük Rusiya dövlət yayımçısını efirimizdən çıxardırıq, onların yayımını qadağan edirik.
Nəhayət, biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Gəlin açıq olaq: bu asan olmayacaq, amma biz bunun üzərində işləməliyik. Biz əmin olacağıq ki, iqtisadiyyatlarımıza təsirini minimuma endirməklə, Rusiya neftindən imtinanı nizamlı şəkildə apararaq. Rusiyaya təzyiqi maksimum dərəcədə artıracağıq”, – Ursula von der Leyen qeyd edib.