“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
“Report”un məlumatına görə, “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə “Qarabağ”ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Juninyo qoyub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.