London ICE birjasında keçirilən ticarətin sessiyasının nəticələrinə görə, Avropada qazın qiyməti min kubmetr üçün 1 200 ABŞ dollarını keçib.
“Report” xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.
Niderlanddakı TTF mərkəzindəki bu gün keçirilən ticarət sessiyasının sonunda noyabr fyuçerslərinin min kubmetrə görə qiyməti təxminən 1 214 ABŞ dolları təşkil edib.
Ümumilikdə isə günün əvvəlindən etibarən ümumi qiymət artımı 8 %-dən çox olub.
Avropa qaz bazarında qiymətlərin dəyişkənliyi qış fəsli ərəfəsində qaz anbarlarının az dolması ilə əlaqələndirilir.