Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 2 100 ABŞ dollarından yuxarı olub.
“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2 107 ABŞ dolları səviyyəsində ticarəti başa vurub.
Beləliklə, qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.
Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.