Avstriyanın şərqində hava şarının qəzaya uğraması nəticəsində 9 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Avstriyanın “Der Standard” qəzeti məlumat yayıb.
Hadisə Aşağı Avstriya federal əyalətinin Buklig-Velt bölgəsində baş verib.
Şar əvvəlcə yerə çırpılıb, sonra yaxınlıqdakı ağaclara ilişib.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Bucklige Welt dağlıq ərazisi ilə seçilir.