Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 5,694 milyon bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən 2 ayda ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi dəyəri 2,044 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə icracın həcmi 0,3 % artıb, dəyəri isə 25 % azalıb.
Sözügedən məhsulların Azərbaycanın ümumi ixracında payı 83,9 % olub.