Hindistanda atıcılıq üzrə dünya kuboku yarışları keçirilir.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamızın üzvü Ruslan Lunev pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında ikinci olub. 579 bal toplayan təmsilçimiz dünya kuboku yarışlarında gümüş medal əldə edib.
Qeyd edək ki, bir müddət əvvəl R.Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenzya qazanıb.