Azərbaycan badmintonçusu Paris olimpiadasında qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayan idmançı E qrupundakı ilk görüşündə avstriyalı Kollins-Valentin Filimonla qarşılaşıb.

Qarşılaşma badmintonçumuzun 2:0 (21:18, 21:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlki“Paris-2024”: Hidayət Heydərov Olimpiya çempionu adını qazanıb
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib