Azərbaycanın yeniyetmələrdən ibarət boks millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında uğurlu çıxış edib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma yarışın son günündə daha 2 medalı rəsmiləşdirib.
Komandamızın heyətində Nihat Qasımov (48 kiloqram) və Səftər Məmmədzadə (+80 kiloqram) gümüş mükafata yiyələniblər.
Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.