Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.

ƏvvəlkiTürküstanda “Türkologiya” və “Yeni enerji texnologiyaları” adlı yay məktəbləri keçirilir
NövbətiXəzər dənizində zəlzələ baş verib