Azərbaycan Budapeştdə energetika nazirlərinin iclasında iştirak edəcək

Noyabrın 21-də Macarıstanın Budapeşt şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 5-ci iclası keçiriləcək.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda nazirlərin 4-cü iclasında qəbul olunmuş məsələlər üzrə görülən işlər, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində yerinə yetirilən tədbirlərin cari vəziyyəti və layihə üzrə qarşıda duran vəzifələrin müzakirəsi nəzərdə tutulur.

ƏvvəlkiAzərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib
NövbətiQara dənizdə batan gəminin ekipaj üzvlərindən birinin cəsədi tapılıb