Azərbaycan cüdoçusu Ruslan Paşayev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində bürünc medal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində rəqib fransalı Robin Korrado olub. Qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Paşayev ipponla uduzaraq, 5-ci yeri tutub.
Beləliklə, Azərbaycan yığması ilk yarış gününü 2 medalla başa vurub. 60 kq çəkidə Turan Bayramov qızıl, Samir Piriyev gümüş medal qazanıb.