Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.
Türk.az xəbər verir ki, 66 kq çəkidə çıxış edən 28 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı Erlan Serikcanovdan güclü olub. O, bunadək almaniyalı Sebastyan Seydli, israilli Tal Flikeri və rusiyalı Mixail Pulyayevi üstələyib.
Səfərov finala vəsiqə uğrundan kubalı Orlando Polanko ilə qarşılaşacaq.