Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb.
Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub.
Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.