“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Avstriya Federal Dəmir Yolları (ÖBB) SC arasında İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin sədri Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlər başlıca vəzifələrdən biridir. Natiq sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə 2017-ci ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin sədri Andreas Matte çıxış edərək bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində maraqlıyıq.

Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Prezidenti Gerald Gerstbauer iştirak edib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

ƏvvəlkiTürkiyədə kömür mədəni çökdü
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub