“Azərbaycan Dəmir Yolları”: Qatarların normal fəaliyyəti bərpa olunub

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, artıq qatarların normal fəaliyyəti bərpa olunub.

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatlar olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.

ƏvvəlkiTramp Kiyevə şərt qoyub: ABŞ Ukraynaya yardımı dayandıra bilər
NövbətiŞimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib