“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Turk.az-a verdiyi məlumata görə,““Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib. Proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb
edilmir.

Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil
alan gənclər iştirak edə bilərlər.
Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək.
Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf
təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar
münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş,
stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin
mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və
fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq.
Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə
üstünlük verilir.
Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və
xaricində xidmət göstərəcəkdir.
Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət
qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük,
nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi
keyfiyyətlərin olması arzu edilir.
Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır:
Dəmir yolu vağzalında vətəndaşların qarşılanması;
Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə
köməkliyin göstərilməsi;
Tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə
onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara
yönləndirilməsi;

Sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi,
müvafiq qaydada qeydlərin aparılması;
“Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqədar müxtəlif sosial
monitorinqlərin aparılması;
Növbələrin təşkili;
Qatarlarda və vağzallarda sorğuların keçirilməsi.
Proqramın müddəti 3 ay davam edəcək. Həmin müddəti
bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən
təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək.
Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq.
Proqrama qoşulmaq istəyən tələbələr “Azərbaycan Dəmir
Yolları” QSC-nin “Vakansiyalar” bölməsində “Təcrübəçi”
vakansiyası üzrə müraciət edə bilərlər.

 

ƏvvəlkiDünya Bankı ilə əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib
NövbətiAzərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün vaxtı açıqlanıb