Bilgəh ve Pirşağı qəsəbələri arasında yeni yeraltı tunel inşa edilir

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Tunelin tikintisində əsas məqsəd avtomobil yolları ilə dəmir yollarının kəsişdiyi və hərəkətin sıx olduğu ərazilərdə təhlükəsizliyi təmin etməkdir. 

Baki dairəvi dəmir yolunun Baki dairəvi avtomobil yolu ilə kəsişdiyi Bilgəh və Pirşağı qəsəbələri arasında yeni yeraltı tunel inşa edilir. Tikinti işləri Baki -Sumqayit dairəvi dəmir yolunun 29- cu kilometrində aparılır. Tunelin tikintisində əsas məqsəd avtomobil yolları ilə dəmir yollarının kəsişdiyi və hərəkətin sıx olduğu ərazilərdə təhlükəsizliyi təmin etməkdir. Əvvəllər bu ərazidə tez-tez qəza hadisələri baş verirdi. Bunun qarşısının alınması üçün tunelin tikintisi zərurəti yarandı. Belə ki, tunel istifadəyə verildikdən sonra onun alt hissəsindən avtomobillər, üstündən isə qatarlar eyni vaxtda rahat hərəkətə edə biləcəklər. Həmçinin həmin ərazidən istifadə edən vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq. Onu da qeyd edək ki, bu tunel son illərdə dəmir yolunda avtomobillərin hərəkəti üçün inşa olunmuş digər tunellərdən böyüklüyünə görə fərqlənir. Ümumiyyətlə, dəmir yolu ilə avtomobil yolunun kəsişdiyi nöqtələrdə belə irihəcmli layihələrin reallaşmasına çoxdan ehtiyac duyulurdu və artıq bu prosesslər qaynar xarakter alıb. Tunelin ümumi uzunluğu 900 metr, qapali hissesi 160 metr, eni 33 metr, hündürlüyü 6 metrdir. Tunelde hər iki tərəfə 3 zolaq olmaqla, 6 hərəkət zolağı nəzərdə tutulub. Tikinti işlərinə bu ilin mayında başlanılıb. Tunelin tikintisinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

ƏvvəlkiPrezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
NövbətiTbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub