“Azərbaycan Dəmir Yolları” QSC lazımi kadrlara ehtiyacını ödəmək üçün gələn il Təlim İnkişaf Mərkəzi yaradacaq.
“Report” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin müşaviri Aysel Soltanova Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları” mövzusunda panel müzakirələrində bildirib.
O qeyd edib ki, mərkəzin yaradılması üçün ən yaxşı təcrübələr öyrənilir: “Təcrübə mübadiləsi aparmaq üçün Türkiyəyə səfər planlaşdırılır. Həmçinin dəmir yolları sahəsində müsbət təcrübəsi olan Avropa ölkələrinin də təcrübəsi öyrənilir”.