Bu gün Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 94 il ötür.
Türk.az xatırladır ki, 1926-cı ildə işə düşmüş bu xətt nəinki Azərbaycanda, bütün SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti olub.
Həmin xətlə hərəkət edən qatarların ilk sərnişinləri isə o zamanlar Abşeronun məşhur neft rayonlarında çalışan işçilər olub.