Azərbaycan damaçısı Banu Əli Avropa birinciliyinin gümüş mükafatçısı olub.
Bu barədə “Report”a Azərbaycan Damaçılar İttifaqının sədr müavini Nazim Nurullayevdən bildirib.
Məlumata görə, Latviyanın Jelqava şəhərində 100 xanalı dama üzrə gənclər arasında, üç proqramdan ibarət olan (klassik, sürətli, blits) Avropa birinciliyi kecirilib.
Mötəbər yarişda respublikamızı kadetlər arasında (16 yaşa qədər) dəfələrlə Azərbaycan və beynəlxalq turnirlərin mükafatçısı Banu Əli təmsil edib. Sürətli proqramda 32 nəfərdən ibarət olan turnirdə 9 turdan 13 xal yığan Azərbaycan idmançısı Avropa birinciliyinin gümüş mükafatçısı olub.