Azərbaycan gimnastları Türkiyədə keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

“Report”un məlumatına görə, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.

Kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.

Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.

ƏvvəlkiDİM: 6 ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub
NövbətiOmbudsman erməniəsilli şəxslərin Azərbaycan səfirliyinə hücumunu pisləyib