Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.

“Report” xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Ahmad Vafa ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib çıxmışdı.

ƏvvəlkiMilli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM-in sədrinə başsağlığı verib
NövbətiRusiyanın Koqalım şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ucaldılıb