Hindistanın İKT sahəsində investisiyasının Azərbaycana cəlb edilməsi istiqamətində işlər aparılır.
Türk.az xəbər verir ki, bunu AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Hindistan İKT sahəsində inkişaf edib: “İKT sahəsində fəaliyyət göstərən şirkətlər ilə iki ölkə arasında bir sıra görüşlər keçirilib. Məqsəd Azərbaycanda “hub” yaradılması və həmin şirkətlərin burada fəaliyyət göstərməsidir. Hindistanın İKT sahəsində təcrübəsini Azərbaycana gətirmək istəyirik”.