Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2020-ci il 12 avqust tarixli Sərəncam imzalayıb.
Sərəncama əsasən Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri təyin olunub. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilib.