Azərbaycan İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi açır.
Trend xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında”, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.