Bu gün 9 noyabr – Dövlət Bayrağı Gününü hər bir Azərbaycan vətəndaşı zəfər coşqusu ilə qeyd edir. Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən Şəhidlərin əziz xatirəsini hər zaman uca tutan Azərbaycan könüllüləri bu xoş gündə də Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Trend-in məlumatına görə, bu ilki Bayraq gününün gənclər üçün xüsusi özəlliyi bir gün öncə Qarabağın ürəyi, əzizimiz Şuşanın azad olunması ilə bağlıdır.
Bu xoş müjdəni xalqa bəyan edən cənab in rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan bir çox şəhər, qəsəbə və kəndlərimizi azad etməklə hər kəsə əvəzolunmaz hisslər yaşadır, vətəndaşlarımızın 30 illik həsrətinə son qoyur. İndi doğma torpaqlarımızda bayrağımızın dalğalanması bütün dünyaya Azərbaycan xalqının və onun liderinin gücünü nümayiş etdirir.
Ölkəmizdə müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində, sosial yönlü fəaliyyətlərin gerçəkləşdirilməsində fəallığı ilə tanınan Azərbaycan könüllüləri də bu gün istər ön cəbhədə əsgər və zabitlər kimi, istərsə də arxa cəbhədə informasiya müharibəsində erməni yalanlarını ifşa edərək Ali baş komandanın yazmaqda olduğu bu şanlı tarixə öz töhfələrini verirlər. Ölkə başçısının atdığı qətiyyətli addımlardan ilhamlanan könüllülər Vətən üçün bir yumruq kimi birləşməyi öz nümunəvi fəallıqları ilə göstərirlər.