28 fevral 2023-cü il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9,043 milyard dollar təşkil edib.
Trend-in çərşənbə günü Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, əvvəlki ayla müqayisədə 0,19 faiz və ya 17,6 milyon dollar, 2022-ci ilin analoji dövrü ilə müqayisədə isə 26,31 faiz və ya 1,883 milyard dollar azdır.
Tənzimləyicinin məlumatına görə, 28 fevral 2022-ci il tarixinə AMB-nin rəsmi valyuta ehtiyatları 7,159 milyard dollar, 31 yanvar 2023-cü il tarixinə isə 9,061 milyard dollar təşkil edib.