Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Macarıstandakı “Haladaş” stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqibin heyətində Nedim Bayrami, Rey Manaj və Qazim Laçi fərqləniblər. Komandamızın yeganə qolu isə 90-cı dəqiqədə Musa Qurbanlı vurub.