Azərbaycan millisi Qazaxıstana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılıb.

“Haladaş” İdman Kompleksinin stadionunda reallaşan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində qolları Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurublar. Rəqibin heyətində isə Yan Voroqovski və Maksim Samorodov fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.

ƏvvəlkiVaşinqtonda “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi” mövzusunda tədbir keçirilib
NövbətiBonnda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı keçirilib