Azərbaycan millisi Türkiyəyə məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

“Report” xəbər verir ki, B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

“Ərzincan 13 Şubat” şəhər stadionunda baş tutan matçda yeganə qolu 43-cü dəqiqədə Ebru Topcu komandamızın qapısından keçirib.

Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu – dördüncü pillədə qərarlaşıb.

ƏvvəlkiABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
NövbətiElm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib