Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib

Dekabrın 16-da futbol üzrə UEFA Millətlər Liqasında 2022-2023-cü il mövsümünün püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən və COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib.

A Liqası

1-ci qrup

Fransa

Danimarka

Xorvatiya

Avstriya

2-ci qrup

İspaniya

Portuqaliya

İsveçrə

Çexiya

3-cü qrup

İtaliya

Almaniya

İngiltərə

Macarıstan

4-cü qrup

Belçika

Niderland

Polşa

Uels

B Liqası

1-ci qrup

Ukrayna

Şotlandiya

İrlandiya

Ermənistan

2-ci qrup

İslandiya

Rusiya

İsrail

Albaniya

3-cü qrup

Bosniya və Herseqovina

Finlandiya

Rumıniya

Monteneqro

4-cü qrup

İsveç

Norveç

Serbiya

Sloveniya

C Liqası

1-ci qrup

Türkiyə

Lüksemburq

Litva

Farer adaları

2-ci qrup

Şimali İrlandiya

Yunanıstan

Kosovo

Kipr – Estoniya cütünün qalibi

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan – Moldova cütünün qalibi

4-cü qrup

Bolqarıstan

Şimali Makedoniya

Gürcüstan

Cəbəllütariq

D Liqası

1-ci qrup

Andorra

Latviya

Qazaxıstan – Moldova cütünün məğlubu

Lixtenşteyn

2-ci qrup

San-Marino

Kipr – Estoniya cütünün məğlubu

Malta

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

ƏvvəlkiFransa Prezidentinin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş keçirilib
NövbətiAvropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib